Türkiyə Avropaya görə miqrantlar üçün “anbar” rolunu oynamaq niyyətində deyil, Ankaranın belə bir borcu, məsuliyyəti və ya öhdəlikləri yoxdur.
7Times.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Türkiyənin dövlət başçısı Əfqanıstandakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Türkiyə lazım gələrsə, “Taliban” hərəkatının formalaşdırdığı hökumətlə əməkdaşlıq edəcək, çünki Ankaranın əsas məqsədi Əfqanıstanın sabitliyi və təhlükəsizliyidir.
Follow @7timesaz