Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin (SAM) ikinci alayının alınması imkanını nəzərdən keçirir.
7Times.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.
“Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir”, – müdafiə rəsmisi deyib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında S-400 “Triumf” zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.
Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.
Follow @7timesaz