Dünya

“Türkiyə S-400-lərdən imtina etməyəcək” – İbrahim Kalın

“Türkiyə S-400-lərdən imtina etməyəcək” – İbrahim Kalınbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket sistemlərindən imtina etmək niyyətində deyil.

7times.az bildirir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın “TRT” telekanalına müsahibəsində deyib.

“S-400-lə bağlı qərar dərhal qəbul edilməyib, biz bu barədə amerikalı həmkarlarımıza danışdıq. S-400 üzrə sazişimiz CAATSA-dan təxminən dörd ay əvvəl imzalanmışdı. Hüquqi baxımdan ABŞ-ın bəyanatları ardıcıl deyil. Amerika tərəfi bildirib ki, hələlik bu məsələ ilə bağlı heç bir danışıqlar aparmayacaq”, – deyə Kalın qeyd edib.

Kalın, həmçinin bildirib ki, Ankara Rusiyanın S-400-lərindən imtina etməyəcək.

Bununla yanaşı, Kalın qeyd edib ki, “Rusiya vacib oyunçudur”, bununla əlaqədar Ankara üçün Türkiyənin onunla hansı münasibətləri qurması vacibdir.

Bundan başqa, Ərdoğanın nümayəndəsi yaxın həftələrdə Türkiyə və ABŞ prezidentləri Tayyib Ərdoğanla Co Baydenin danışıqlarının keçiriləcəyini də istisna etməyib.