Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamet seçkilərində iştirak edəcək.
7Times.az xəbər verir ki, bu barədə yerli telekanallara müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, F.Oktay Ankara şəhərindən deputatlığa namizəd kimi irəli sürüləcək. Ərdoğanın sözlərinə görə, Türkiyə Nazirlər Kabinetinin 17 üzvünün demək olar ki, hamısı deputatlığa namizəd olacaq. Belə ki, nazirlər böyük şəhərlərdən namizəd kimi parlament seçkilərində iştirak edəcək.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.
Follow @7timesaz