Türkiyə sərhədçiləri 2-si FETÖ-çü olmaqla sərhədi qanunsuz keçmək istəyən 8 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar qanunsuz yolla Yunanıstana keçməyə cəhd göstəriblər. Araşdırma zamanı onlardan 2-sinin FETÖ terror təşkilatına mənsub olduğu üzə çıxıb.
Follow @7timesaz