İdman

Türkiyə Super Liqası nə vaxt bərpa ediləcək? – AÇIQLANDI

Türkiyə Super Liqası nə vaxt bərpa ediləcək? – AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ankaragücü” – “Rizespor” matçından (1:1) sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana çıxaraq referi Halil Umut Meleri yumruqla vurduğuna görə dayandırılan Türkiyə Super Liqasının nə vaxt bərpa ediləcəyi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, “Spor Haberleri” Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin bu barədə dediklərini belə çatdırıb:

“Halil Umut bizim hakimimizdir. Onun daxili və xarici arenadakı işi ilə qürur duyuruq. Baş verən hadisə qəbuledilməzdir. Melerlə gğrüşmüşük, səhhəti qaydasına düşür. Biz hakimlərimizə növbəti dəfə şiddət göstərilməsinə icazə verməyəcəyik. İndi pis anları geridə qoymaq və toparlanmaq zamanıdır. Türkiyə ədaləti öz işini gördü. Biz isə Türkiyə Futbol Federasiyası olaraq intizam qaydalarında dəyişiklik etmək qərarına gəldik. Daxili çempionat dekabrın 19-da davam etdiriləcək”.