Aktual

“Türkiyə, tək ürək” – Marafonda 115 milyarddan çox ianə toplandı – YENİLƏNİB

“Türkiyə, tək ürək” – Marafonda 115 milyarddan çox ianə toplandı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə ortaq yayım keçirilib.

 

7Times.az  “TRT Haber”ə istinadən xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.

 

***

“Türkiyə, tək ürək” yardım kampaniyası çərçivəsində 101 milyard lirədən çox ianə toplanıb.

 

7Times.az  xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Kampaniyaya dünyanın müxtəlif ölkələrindən iş adamları, mədəniyyət xadimləri, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

 

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), “Ziraat Bank” (20 milyard lirə) və “VakıfBank” (12 milyard lirə) edib.

 

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.