Türkiyənin Adana bölgəsinin Pozantı rayonunda 2 yük qatarının toqquşması nəticəsində 8 vaqon relslərdən çıxıb.
7times.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 maşinist yaralanıb.
Qəza yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.
Follow @7timesaz