Dünya

Türkiyədə bələdiyyə sədri həbs olundu

Türkiyədə bələdiyyə sədri həbs olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə sədri Ünal Çətin həbs edilib.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çanaqqala Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Gökçeada bələdiyyə başçısı Ünal Çətin, Bələdiyyə Yenidənqurma müdiri S.D., dövlət işçisi E.B. ilə podratçılar R.G. və B.B-nin polis idarəsindəki prosesləri başa çatıb.

Çanaqqala məhkəməsinə gətirilən şübhəlilər araşdırmadan sonra həbs olunublar.

Qeyd edək ki, yanvarın 31-də təhlükəsizlik qüvvələri Gökçeada bələdiyyəsinə qarşı “korrupsiya” və “rüşvətxorluq” əməliyyatı keçirib.