Dünya

Türkiyədə bu qadağalar yenidən qüvvəyə minir

Türkiyədə bu qadağalar yenidən qüvvəyə minirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə gündür Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində tətbiq olunan qadağalar yenidən qüvvəyə minir.

7times.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən COVID-19-a qarşı qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib.

Bu tədbirlər çərçivəsində böyük şəhərlər də daxil olmaqla Türkiyənin hər bölgəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub. Bu gündən etibarən Türkiyənin bir çox şəhərlərində olduğu kimi rəsmi rəqəmlərə əsasən 16 milyondan çox əhalisi olan İstanbulda da ictimai nəqliyyatdan istifadə edənlərin sayı və ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılır.

Qaydaların tətbiqinə nəzarət məqsədilə hər bölgədə xüsusi qruplar fəaliyyət göstərəcək. unikal.org