Dünya

Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına uğrayıb.

7Times.az DHA-ya istinadən xəbər verir ki, türkiyəli siyasətçinin vəziyyəti ağırdır.

Bakı vaxtı ilə 22:00 radələrində buzlu yol səbəbindən avtomobilin sürüşərək kənara çıxması nəticəsində deputatla yanaşı adı məlum olmayan partiya üzvü və sürücü yaralanıb.