Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener elektron seçki sistemi ilə bağlı işlərə başlandığını açıqlayıb.
7Times.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
“Ölkəmizin coğrafi böyüklüyünə və əhalisinin sıxlığına görə elektron səsvermə zərurətə çevrilib. Bələdiyyə seçkilərindən sonra bu prosesə start veriləcək. Hüquqi tənzimləmə tələb edən mövzularda parlamentdəki siyasi partiya təmsilçilərimizlə görüşəcəyik. Əgər qanuni tənzimləmələr edilə bilərsə, elektron seçkilərə start veriləcək. Bu, 2028-ci ildəki seçkilərdə və ya sonra olacaq. Bir çox cəhətdən faydalı olacaq. Bu sistemə keçmək qərara alınarsa, elektron səsverməni həyata keçirən ölkələrdən əhalisi bizim əhaliyə yaxın olan ölkələrin modelinə əsaslanmalıdır”, – Yener söyləyib.
“Düşünürəm ki, modeli 2 milyon seçicisi olan bir ölkə əvəzinə, ən azı 45-50 milyon seçicisi olan bir ölkə üzərində qurmaq məqsədəuyğun olardı. Bildiyimə görə, Estoniya elektron seçkilərdə qabaqcıl mərhələdədir. Başqa hansı ölkələrdə var, araşdıracağıq. Bu, texniki cəhətdən araşdırılacaq. Bütün bu alternativlər araşdırılacaq”, – o əlavə edib.
Modern.az
Follow @7timesaz