Manşet

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artdı – YENİLƏNİB

Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artdı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

7times.az-ın Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

19:46

Türkiyənin Bingöl şəhərindən havaya qalxan hərbi helikopter Bitlisin Tatvan ilçəsində qəzaya uğrayıb.

7times.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qəza nəticəsində 9 hərbçi həlak olub, 4-ü isə yaralınıb.