Dünya

Türkiyədə leysan yağışları nəticəsində şəhərləri su basıb

Türkiyədə leysan yağışları nəticəsində şəhərləri su basıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qasırğalı küləklərlə müşayiət olunan leysan yağışları Türkiyənin cənub və cənub-qərbində bir sıra əyalətlərində ciddi fəsadlara səbəb olub.

Bu barədə 7Times.az  “TRT”yə istinadən xəbər verir.

Belə ki, Antalya vilayətinin bir neçə şəhərində daşqın baş verib, lakin bu, yalnız turizm obyektlərindən uzaqda yerləşən yaşayış məntəqələrinə aiddir.

Eyni zamanda güclü yağışlar səbəbindən İzmirdə dəniz daşıb. Nəticədə şəhərdə yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb.

Yaxın saatlarda Türkiyənin mərkəzi bölgələrində yağıntıların davam edəcəyi gözlənilir.