Türkiyədə məktəblər avqustun 31-də açılacaq, dərslər distant keçiriləcək.
7Times.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.
“Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq”, – deyə o əlavə edib.
Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.
Qafqazinfo
Follow @7timesaz