Türkiyənin Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə Rusiyaya məxsus yük gəmisi batıb.
7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidəki 15 nəfərlik ekipaj üzvlərindən 2-nin cəsədi tapılıb, 5 nəfər isə xilas edilib.
Bartın valisi uzunluğu 200 metr olan gəminin dalğalar səbəbindən Qara dənizin İnkumu sahilinə çata bilmədiyini açıqlayıb.
İlkin məlumata görə, gəminin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
Yük gəmisinin batması nəticəsində ölənlərin sayı 4-ə yüksəlib, 6 nəfər isə xilas edilib.
Bu barədə “TASS” xəbər verib.
Follow @7timesaz