“Türkiyədəki sel səbəbiylə axtarış-xilasetmə işləri davam edir”.
7Times.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirib ki, Şanlıurfada 14, Adıyamanda 2 nəfərin həyatını itirdiyi fəlakətdən sonra 500 nəfərlik bir qrupla axtarış-xilasetmə işləri davam edir.
Soylu qeyd edib ki, Şanlıurfada sel səbəbiylə indiyədək 2 minə yaxın ev və iş yeri zərər görüb.