Dünya

Türkiyədə seldə ölənlərin sayı 17-yə çatıb

Türkiyədə seldə ölənlərin sayı 17-yə çatıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adıyaman və Şanlıurfa şəhərlərində baş verən sel nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

 

7Times.az  xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, hadisə zamanı 3 nəfər itkin düşüb. Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir.

 

Qeyd edək ki, martın 14-də Adıyaman və Şanlıurfa şəhərlərində sel olub.