Dünya

Türkiyədə terror planlaşdıran 5 nəfər saxlanılıb

Türkiyədə terror planlaşdıran 5 nəfər saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul idi. Terrorçuların saxlanıldığı an onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib.