Türkiyədə xəstəxanada baş verən yanğında ölənlərin sayı 10-a yüksəlib.
7times.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrədiin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, xəstələrdən biri digər xəstəxaya nəql eilib və orada ölüb. Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 04.45-də SANKO Universitetinin xəstəxanasının COVİD-19 xəstələrinin yatdığı reanimasiya şöbəsində tənəffüs cihazında oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.
Follow @7timesaz