Türkiyədə 28-ci çağırış parlamentinə seçilən millət vəkillərinin andiçmə mərasimi keçirilir.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimə Türkiyə Böyük Millət Məclisinə (TBMM) müvəqqəti olaraq sədrlik edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sədrlik edir.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Xatırladaq ki, ölkənin Ali Seçki Şurası (YSK) mayın 14-ü keçirilən parlament seçkiləri bağlı yekun məlumatı açıqlayıb. Nəticələrə əsasən, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 268, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Refah Partiyası 5, Yaşıllar və Sol Gələcək Partiyası 61, Türkiyə İşçi Partiyası 4, İYİ Partiyası isə 43 yer qazanıb. Ümumilikdə TBMM-də 600 millət vəkili yer alır.