Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.
7Times.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.
Adana şəhərində isə 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.
Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb.
Şanlıurfa bələdiyyə başçısı isə bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.
İlkin ehtimallara görə Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfər ölüb.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.
Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
Bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.
****
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Follow @7timesaz