Dünya

Türkiyədə zəlzələdən zərər çəkənlərə bir milyard dollar sığorta ödənişləri edilib

Türkiyədə zəlzələdən zərər çəkənlərə bir milyard dollar sığorta ödənişləri edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fevral ayında baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarına sığorta ödənişləri təxminən 1 milyard dollar (19 milyard lirədən çox) təşkil edib.

Bu barədə bazar ertəsi ölkənin Təbii Fəlakətlərdən Sığorta Agentliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, aprelin 17-nə yerli vətəndaşlardan dəymiş ziyanla bağlı 469 min şikayət daxil olub, 54,6 min şikayətə isə hələ də baxılmayıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri daha əvvəl təbii fəlakətlər nəticəsində ümumi itkilərin 100 milyard dolları keçdiyini bildirmişdilər.