Dünya

“Türkiyədəki zəlzələlər növbəti illərdə də davam edəcək” – Rusiyalı alim

“Türkiyədəki zəlzələlər növbəti illərdə də davam edəcək” – Rusiyalı alimbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə zəlzələ bölgəsindəki yeraltı təkanlar növbəti bir-iki il ərzində davam edə bilər”.

7Times.az  bildirir ki, bunu rus professor Vladislav Zaalişvili deyib. O, qeyd edib ki, zəif olsa belə istənilən zəlzələ sonradan təsir və ya afterşok adlanan hadisələrlə müşayiət olunur:

“Bu, zəlzələnin əsas zərbəsindən sonra titrəmələrin və ya daha az enerjili zərbələrin görünüşüdür. İlkin zəlzələnin gücü və ya enerjisi nə qədər böyükdürsə, sonrakı təkanların müddəti də bir o qədər uzun olur. Bu baxımdan Türkiyədə sözügedən ərazidə bir ildən iki ilə qədər təkanlar davam edəcək. Təcrübədə çox güclü zəlzələlərdən sonra deformasiya dalğalarının illər boyu yayılması nəzəriyyəsi  dəfələrlə təsdiqlənib. Məsələn, 1988-ci il Spitak zəlzələsi 1931-ci il Zəngəzur zəlzələsi ilə, 1991-ci ildə Gürcüstanda baş vermiş Raça zəlzələsi isə Spitak zəlzələsi ilə əlaqələndirilir”.

Alim qeyd edib ki, zəlzələnin təsirləri hər hansı formada özünü göstərəcək: “Artıq Rusiyanın cənubunda nisbətən zəif zərbələr şəklində özünü göstərir. Bizim üçün düzgün nəticə çıxarmaq və bütün lazımi tədbirləri görmək vacibdir”.

Sfera.az