Dünya

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı…

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

 

7Times.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 

Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

 

Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.

 

Qeyd edək ki, Halit Ergenç “Möhtəşəm yüzil”, “Min bir gecə” və “Babil” kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.

 

Rza Kocaoğlu isə “Quzey Güney”, “Karadayı” və “Ezel” kimi ekran işlərində rol alıb.