Türkiyəli məşhur müğənni Gülçin Ergülün “Covid-19” test nəticəsi pozitiv çıxıb.
7times.az xəbər verir ki, 35 yaşlı müğənni şəxsi “İnstagram” hesabından paylaşım edərək, koronavirusa yoluxduğunu açıqlayıb:
“Təəssüf ki, koronavirusa yoluxduğum üçün, xəstəxanada müşahidə altındayam. Xahiş edirəm hər kəs çox diqqət etsin. Bu işin zarafatı yoxdur”.
Qeyd edək ki, Gülçin Ergül “Hepsi” qrupu ilə məşhurlaşıb.
Elmir Kərimli
Follow @7timesaz