Türkiyənin 16 sosial şəbəkə fenomeni barəsində araşdırma başlayıb.
7Times.az xəbər verir ki, buna səbəb Enes Batur, Sezgin Yılmaz, Tamer Yeşildağ, Damla Nur Altun, Başak Karahan, Doğan Kabak, Ferit Karakaya, Cantuğ Özsoy kimi populyar simaların sosial şəbəkələrdə icazəsiz mərc, lotoreya oyunları təşkil etməsidir.
Milli Lotoreya İdarəsinin icazəsi olmadan atılan addımları İstanbul Baş Prokurorluğu araşdırmağa başlayıb. Bu çərçivədə 16 sosial şəbəkə qəhrəmanı polis şöbəsinə çağırılıb və ifadələri alınıb.
Maliyyə Cinayətləri Şöbə Müdirliyinə gedən fenomen Enes Batur isə yarım saat ifadə verib.
Batur “Vergi ödəyirəm. Bu gün də ödəyəcəyəm. Lotereya üçün icazəm olmasaydı, yəqin ki, cərimələnərdim”,- deyə vurğulayıb.
Follow @7timesaz