Türkiyə Liviya ilə dəniz enerjisi layihəsində müqaviləyə imza atıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, imzalanmış karbohidrogen sazişi Türkiyə və Liviya şirkətləri arasında quruda və dənizdə qarşılıqlı mənfəət konsepsiyasına uyğun olaraq kəşfiyyat sahəsində əməkdaşlıq qurmaq məqsədi daşıyır.
Fransadan iki ölkə arasında imzalanmış anlaşmaya reaksiya gəlib. Fransa Xarici İşlər Nazirliyi anlaşma memorandumunun “beynəlxalq dəniz hüququna zidd” olduğunu iddia edib.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun Tripolidə yüksək səviyyəli nümayəndə heyəti müşayiət edib. Görüş zamanı Liviya tərəfi ilə birgə neft və qaz kəşfiyyatına imkan verən karbohidrogenlər üzrə anlaşma memorandumları imzalanıb. Karbohidrogen sazişi ilə Türkiyə Liviyanın kontinental şelfindən istifadə edərək neft və onun törəmələrini çıxarmaq üçün beynəlxalq hüquqlara sahib olacaq. Elan edilən eksklüziv iqtisadi zona həm şərqi Aralıq dənizi ölkələrinin, həm də digər xarici güclərin qısqanclığına səbəb olub.
Follow @7timesaz