Türkiyənin Konya şəhərində ard-arda üç zəlzələ qeydə alınıb.
7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələlərin gücü 4,7, 4,1, və 4 bal olub.
Zəlzələ mərkəzi olaraq Mövludlu – Tuzlukçu bölgəsi göstərilir, təkanlar ətraf vilayətlərdə də hiss edilib.
Kandilli Rəsədxanasından bildirilib ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. O da vurğulanıb ki, zəlzələ nəticəsində heç bir dağıntı və tələfat qeydə alınmayıb.
Follow @7timesaz