İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin təcavüzkar atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilit hərəkatı bölgəsində kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirən zaman separatçı terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində müqaviləli piyada əsgər Mehmet Can şəhid olub. Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allah rəhmət eləsin, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir, səbr diləyirik” – Nazirlikdən verilən yazılı açıqlamada deyilir.
Follow @7timesaz