“Top Model Of Turkey 2024” qalibləri bəlli olub.
7Times.az xəbər verir ki, aparıcılıqlarını Şenol İpek və Esin Yum edən gecədə münsif heyətində Mehmet Ali Erbil, Demet Şener, Vilma Elles, Ece Gürsel, Safiye Soyman, Faiq Öztürk, Nilay Dorsa və Timuçin Güner yer alıb.
Biznes, sənət və moda dünyasından müvəffəqiyyətli adlar da “Top Model of Turkey” sıralamalarını müəyyən etmək üçün xal verib. “Top Model Of Turkey 2024″də qadınlar kateqoriyasında 20 yaşlı İrem Cannur Özgen, kişilər kateqoriyasında isə 25 yaşlı Mehmet Borneo qalib olub.
17 yaşlı Mina Balım Bingül və Celal Tuğberk Kuzey ikinci, Gülben Güven və Can Gündoğan üçüncü olublar.
“Miss Turkey 1995″ qalibi Demet Şener, “Çox xoşbəxtəm və həyəcanlıyam. Onları çox yaxşı başa düşürəm. Onların həyəcanını və ümidlərini çox yaxından hiss edirəm. Bu cür hallardan çox təsirlənirəm. Gənclərin xəyalları çox gözəldir” sözlərini deyib.
Axşam.az
Follow @7timesaz