Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir ölkəsinin 2023-cü ildə hərbi sənaye sahəsindəki hədəfləri barədə danışıb.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, əsas hədəflərdən biri ixrac potensialını artırmaqdır.
“Embarqolarla maraqlanmırıq və xaricdən asılılığı qəbul etmirik. Yeni layihələrə başlayacağıq. 2023-cü ildə hədəfimiz 6 milyard ABŞ dolları həcmində ixracatı həyata keçirməkdir”, – deyə Demir söyləyib.
“Müdafiə sənayesi “Türkiyə Yüzilliyi”nin lider sektorlarından biri olacaq”, – deyə o əlavə edib.
Follow @7timesaz