Dünya

Türkiyənin keçmiş baş naziri vəfat etdi

Türkiyənin keçmiş baş naziri vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin keçmiş Baş naziri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Yıldırım Akbulut 86 yaşında dünyasını dəyişib.

7times.az Türkiyə mediasına istinadən xəbər verir ki, siyasətçi müalicə olunduğu Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında vəfat edib. O, ürək problem səbəbindən reanimasiyaya yerləşdirilmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan  və səhiyyə naziri Fahrettin Koca Akbulutun ölümü ilə bağlı başsağlığı veriblər.