Türkiyənin Kilis və Şanlıurfa vilayətlərində axtarış-xilasetmə əməliyyatları başa çatıb.
7Times.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, Diyarbəkir, Adana və Osmaniye vilayalətlərində də axtarış işlərinin böyük hissəsi tamamlanıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saatlıq fərqlə 7,7 və 7,6 maqnitudada iki zəlzələ baş verib. Son məlumatlara görə, nəticədə ən azı 17 674 nəfər ölüb, 72 879 nəfər yaralanıb.
Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.