Türkiyə Qara dəniz yatağında qaz hasilatının həcmini sutkada 60 milyon kubmetrə çatdırmağı planlaşdırır.
Bu barədə bazar ertəsi ölkənin energetika naziri Fatih Dönməz məlumat verib.
“Aprelin 20-də biz yatağın işlənməsinin birinci mərhələsinə başlayacağıq. Bazar günü biz dənizdən qazın milli paylayıcı sistem müəssisəsinə vurulmasına başlamışıq. Bu, 30 saat çəkəcək. Birinci mərhələdə 10 quyu işlənəcək və sutkada təqribən 10 milyon kubmetr qaz hasil olunacaq. Üçüncü mərhələdə biz sutkada 60 milyon kubmetrə qədər hasil edə biləcəyik”, – deyə nazir bildirib.
O, Türkiyəqə qurulacaq qaz qovşağı barədə də danışıb. Dönməzin sözlərinən görə, Türkiyə beynəlxalq qaz qovşağının yaradılması sahəsində ildə 40 milyard kubmetrə qədər qaz sata biləcək.
“Aldığımız 100 milyard kubmetr qazın təxminən 60 milyardını istifadə edirik. Yəni, qalan 40 milyardını sata bilərik. Bunun üçün qaz ticarət mərkəzi yaradılır. Bizi təchizatçılar, Rusiya, İran, Azərbaycan və maye qaz tədarük edən ölkələr dəstəkləyir. Lakin bu bazardır və alıcılar olmadan qovşağın mənası yoxdur”, – deyən nazir Türkiyənin artıq Avropadakı potensial alıcılarla danışıqlar apardığını qeyd edib.
Follow @7timesaz