Dünya

Türkiyənin xarici ticarət kəsiri rekord həddə ÇATDI

Türkiyənin xarici ticarət kəsiri rekord həddə ÇATDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin avqustunda Türkiyənin xarici ticarətində rekord həcmdə kəsir yaranıb. 

7Times.az  xəbər verir ki, avqustda xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına nisbətən 59,9% artaraq 4 milyard 307 milyon dollardan 11 milyard 194 milyon dollara çatıb.

İxracın idxalı əhatə əvəzetmə əmsalı isə 2021-ci ilin avqustunda 81,4% olduğu halda, 2022-ci ilin avqustunda 65,6%-ə enib.

Yanvar-avqust dövründə xarici ticarət kəsiri 46,3% artaraq 29 milyard 817 milyon dollardan 73 milyard 435 milyon dollara çatıb. 2021-ci ilin yanvar-avqust aylarında ixrac-idxalın əvəzetmə əmsalı 82,5% olduğu halda, 2022-ci ilin eyni dövründə 69,3%-ə enib.

Avqust ayında ixrac əvvəlki ilin eyni ayına nisbtən 13,1 faiz artaraq 21 milyard 337 milyon dollara çatıb. İdxalda isə artım 40,4% olmaqla 32 milyard 531 milyon dollar yüksəlib.

İlin ilk 8 ayını əhatə edən yanvar-avqust dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 165 milyard 608 milyon dollara, idxal isə 40,7% artaraq 239 milyard 43 milyon dollara çatıb.

Türkiyənin ixracında ilk sırada dayanan ölkə Almaniyadır. İdxalda isə ilk sırada Rusiyadadır.