Dünya

Türkiyənin XİN başçısı Ermənistana xəbərdarlıq edib: “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”

Türkiyənin XİN başçısı Ermənistana xəbərdarlıq edib: “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”.

7Times.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”, – nazir bildirib.

M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.