Dünya

Türkiyənin yeni “Dəli” kamizadzesi – Video

Türkiyənin yeni “Dəli” kamizadzesi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Titra Texnoloji” şirkəti yeni “Dəli” kamikadze dronunu təqdim edib.

Axar.az xəbər verir ki, yeni məhsul ilk dəfə İstanbulda “SAHA Expo” sərgisində nümayiş olunub.

Şirkətin direktoru Davud Yılmazın sözlərinə görə, mütəxəsislər PUA-nın sınaqlarını tamamlamaq üzrədir və cari ilin sonunda aparat Türkiyə ordusunun arsenalına daxil ediləcək.

PUA həm avtonom, həm də mexaniki işləyə bilir, asanlıqla daşınır və 15 dəqiqə ərzində istifadəyə hazır olur. PUA-lar radioelektron mübarizə vasitələrinə qarşı aparatlarla təchiz ediləcək.

Kamikadze dron 180 km/saat maksimum sürətə çata, 3,5 min metrə qədər hündürlüyə qalxa bilir, 150-500 metr hündürlükdən döyüşə girməyi bacarır.

Aparat 3,1 kq ağırlığında döyüş başlığı daşımaq imkanındadır.