Hazırda Türkiyədə 11 bölgəni güclü dağıntıya məruz qoyan zəlzələnin yaratdığı fəsadlar aradan qaldırılır. Binalar sökülərək yeniləri ilə əvəz olunur. Ölkədə bu proses davam edərkən insanları zəlzələyə davamlı bölgələrin daha çox hansı ərazilər olduğu düşündürür.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, geofizika mühəndisi və professor Övgün Ahmet Ercan Türkiyənin zəlzələyə davamlı ərazilərini adlarını açıqlayıb.
Bunlar arasında Kırklareli, Zonguldak, Kastamonu, Sinop, Samsun, Giresun, Ordu, Trabzon, Rize, Artvin , Mardin, Siirt, Batman, Ş.Urfa, Mersin, Antalya, Konya, Karaman, Niğde, Nevşehir və Ankara şəhərinin bəzi ərazilər var.
Onun sözlərinə görə, adı qeyd edilən bölgələr demək olar ki, təbii fəlakətə məruz qalmayacaq. Zəlzələ olsa belə dağıntı çox cüzi miqdarda olacaq.
Follow @7timesaz