Dünya

Türkiyəyə getmək üçün ağır şərtlər – Məmur zamin durmalı, banka borcun olmamalıdır

Türkiyəyə getmək üçün ağır şərtlər – Məmur zamin durmalı, banka borcun olmamalıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda xaricə, xüsusilə də Türkiyəyə getmək məqsədilə viza üçün müraciət edən vətəndaşlar əlavə məhdudlaşdırıcı tələblərlə üzləşirlər.

“AzPolitika.info” “Azadlıq” radiosunun türkmən xidmətinə istinadla xəbər verir ki, yeni yazılmamış qaydaya görə vətəndaşın ölkəyə qayıdacağına zəmanət verən dövlət qulluqçusunun bankda krediti olmamalıdır. Ölkənin büdcə təşkilatlarında çalışanların arasında banka kredit borcu olmayan demək olar yoxdur.

Ötən il Türkmənistan hökuməti Ankaraya müraciət edərək Türkmənistan vətəndaşlarına ölkəyə 30 günlük vizasız gəliş imkanı verən qaydanın ləğvinə nail olub. Bundan sonra türkmənlərin xaricə səfər etdikləri əsas istiqamət – Türkiyəyə səfərlər son dərəcə çətinləşib.

Hazırda Türkiyənin Aşqabaddakı konsulluğunda vizanın tərtib edilməsi üçün Türkmənistan vətəndaşından 18-dək sənəd tələb olunur.

Bunlar vətəndaşın şəxsiyyətini, onun sosial durumunu, məşğulluğunu və ailə vəziyyətini təsdiqləyən sənədlərdir. Bundan başqa vətəndaşlardan maaşları haqqında arayış və bank hesablarından son üç ayın çıxarışı tələb edilir. Əlavə olaraq sponsor məktubları, qohumların zəmanəti və sair məktublar da tələb edilir. Ən çətini Türkiyəyə getmək istəyən vətəndaşın vətənə qayıdacağına zəmanət verən şəxsin tapılmasıdır.