Türkmənistana aid “Türkmənistan” aviasiya şirkəti Aşqabad-Moskva-Aşqabad uçuşlarını dayandırdığı barədə məlumat yayıb.
7Times.az Rusiya mətbuatına istinadla xəbər verir ki, aviaşirkət Aşqabad-Moskva-Aşqabad reyslərinin əvəzinə Aşqabad-Kazan-Aşqabad reyslərini həyata keçirəcək.
Şirkətin saytına yerləşdirilən ilkin məlumatda qeyd olunub ki, Moskva reyslərinin ləğvi “Moskva hava zonasındakı vəziyyət və uçuşların təhlükəsizliyinə yaranan risklərlə” bağlıdır. Lakin sonradan bu izahat saytdan götürülüb və reyslərin ləğvinin səbəbi ümumiyətlə göstərilməyib.
Lakin məlum məsələdir ki, aviareyslərin ləğvi son bir neçə gündə Moskvaya edilən PUA hücumları ilə bağlıdır.
Xatırladaq ki, son üç gündə Rusiya paytaxtının ən elit ərazisində yerləşən “Moskva-Siti”yə iki PUA hücumu olub.
Follow @7timesaz