Dünya

Türkmənistan prezidenti sabah Putinin qəbulunda olacaq

Türkmənistan prezidenti sabah Putinin qəbulunda olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiya lideri Vladimir Putinin dəvəti ilə iyunun 10-da Moskvaya səfər edəcək.

Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət, siyasət və regional məsələləri müzakirə edəcəklər.

“İyunun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkmənistan prezidenti Serdar Berdimuhammedov Rusiyaya səfər edəcək. Bu, onun dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra (19 mart 2022-ci il) ilk rəsmi xarici səfəri olacaq”, – məlumatda deyilir.

Bildirilir ki, danışıqlarda siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərinin bütün spektrinin, aktual regional və beynəlxalq mövzuların müzakirəsi planlaşdırılır.