Dünya

Tusk Rutteni Polşanın hava məkanının pozulması barədə məlumatlandırıb

Tusk Rutteni Polşanın hava məkanının pozulması barədə məlumatlandırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Donald Tusk NATO Baş katibi Mark Rutteyə ötən gecə ölkənin hava məkanının pozulması barədə məlumat verib.

7Times.az xəbər verir ki, bu barədə Tusk X-də paylaşım edib.

“Mən NATO-nun Baş katibini mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər haqqında məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq”, – Polşa Baş naziri yazıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.