Dünya

“Üç maddə yarıyacan razılaşdırılıb…” – Simonyan

“Üç maddə yarıyacan razılaşdırılıb…” – Simonyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sülh müqaviləsinin 13 bəndi tam, qalan üçü isə yarıyacan razılaşdırılıb”.

7Times.az  xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Spikerin bildirdiyinə görə, razılaşdırılan maddələrin içində bir-birinin ərazi bütövlüyünü tanımaq kimi mühüm məsələlər var.

“Digər üç maddə isə yarıyacan razılaşdırılıb. Amma biz onların razılaşdırılmasına çox yaxınıq. Buna görə də ümumiləşdirmə apararaq deyə bilərik ki, ortada müqavilənin, demək olar ki, tam şəkildə razılaşdırılmış 16 maddəsi var. Əgər siyasi iradə olacaqsa, müqaviləni hətta bu gün, ya sabah imzalamaq olar “, – A.Simonyan iddia edib.