Hadisə

Ucarda dəhşətli qəza: 3 nəfər öldü, yaralananlar var

Ucarda dəhşətli qəza: Üç nəfər öldü, yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

7times.az xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə üç nəfər dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Hələlik ölən və xəsarət alanların adları məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.  /APA