İdman

UEFA Avropa və Konfrans liqalarının finalları Türkiyədə keçiriləcək

UEFA Avropa və Konfrans liqalarının finalları Türkiyədə keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA növbəti illər üçün keçiriləcək Avropa və Konfrans liqalarının final görüşlərini Türkiyədə oynanılmasına qərar verib.

Məlumata görə, UEFA Avropa Liqasının final görüşü 2026-cı ildə, Konfrans Liqasının finalı isə 2027-ci ildə Türkiyədə keçiriləcək.

Hər iki final “Beşiktaş” klubunun ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda baş tutacaq.

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək final görüşü Ankara şəhərində tikintisi başa çatmaq üzrə olan stadionda da oynanıla bilər. Bu qərar növbəti illərdə təsdiqini tapacaq.

Xatırladaq ki, 2019-cu ildə “Liverpul” və “Çelsi” arasında Super Kubok oyunu da “Tüpraş” stadionunda keçirilmişdi (Mənbə: Sporx.com)