UEFA 2022/2023 avrokubok mövsümündə avrokuboklarda çıxış edən Azərbaycan klublarından üçünə növbəti dəfə ödəniş edib.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu tərəfindən UEFA Konfrans Liqasında çıxışa görə “Neftçi”, “Qəbələ” və “Zirə”yə ayrılan əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə onların hesabına köçürülüb.
Beləliklə, “Neftçi” 106 min 943 avro, “Qəbələ” və “Zirə” isə hərəyə 64 min 166 avro gəlir əldə edib.
Follow @7timesaz