2024-25 mövsümü üzrə Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu Polşa çempionu ilə qarşılaşa bilməyəcək.
Offsideplus.az xəbər verir ki, gələn mövsümdən etibarən Avropanın bir nömrəli klub turniri İsveçrə sisteminə keçəcək. Bu sistemə görə, qrup mərhələsində 36 komanda iştirak edəcək. Nəticədə I təsnifat mərhələsində 3 il əvvəlki reytinqdə (gələn mövsüm üçün nəzərə alınır) 25-55-ci yerlərdə qərarlaşan klublar üz-üzə gələcək.
I təsnifat mərhələsinin qalibləri növbəti raundda 15-24-cü yerlərdəki çempionlarla qarşılaşa bilir.
Azərbaycan reytinqdə 29-cu, Polşa isə 24-cü olduğu üçün bu ölkələrin çempionları I təsnifat mərhələsində yox, II raundda üzləşə bilərlər.
Follow @7timesaz