İdman

UEFA Ermənistan millisini ağır cəzalandırdı

UEFA Ermənistan millisini ağır cəzalandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2024-ün seçmə mərhələsinin I turunda baş tutan Ermənistan – Türkiyə matçındakı hadisələrlə bağlı UEFA qərar verib. 

Offsideplus.az xəbər verir ki, UEFA-nən İntizam Komitəsi Ermənistan Futbol Federasiyasına aşağıdakı cəzaları verib:

Təhqiredici təxribatçı mesaj: 15 min avro.
Məşəlin yandırılması: 11.500 avro.
Meydana atılan material: 11 min 500 avro.
Pilləkən boşluqlarının bloklanması: 8 min avro.
Komandanın nalayiq davranışı: 6 min avro.

Xatırladaq ki, oyundan öncə səsləndirilən Türkiyə Milli Marşı azarkeşlər tərəfindən fitə basılmışdı.

Qeyd edək ki, Türkiyə yığması səfərdə Ermənistana 2:1 hesabı ilə qalib gəlmişdi.