İdman

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləməyə yaxındır

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləməyə yaxındırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda HİK-ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin qələbəsi sayəsində ölkənin cari mövsümdəki xalları 2,250 olub.

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

Qeyd edək ki, Slovakiyadan yalnız “Spartak” (Trnava) avrokuboklarda mübarizəyə davam edir. “Spartak” “Lex”ə qalib gələrək Konfrans Liqasının pley-offuna yüksəlib.